Gözəl bir gündə qarşıma çıxdın.Heçnə deyə bilmədim.Sadəcə gözlərinə baxmaqla kifayətləndim.Çoxdandı gözlədiyim o həsrətli baxışları gördüm.Və bir andaca qəlbimdəki qığılcım yenidən coşdu... ♥
Bəlkədə heç yaşamamışdım bu hissi.Bəlkədə o gözlərə baxanda anladım hər şeyi.Amma o andaca vurulduğumu anladım.Və Sənin olmağı istədim... ♥
Bilmirəm nə dərəcədə düz ya səhv ancaq mən bunu istədim.Sadəcə həmişə gözlərimi açdığımda yanımda olmağı istədim.O gözləri görməyi istədim hər zaman... ♥
Səninlə hər şeyin gözəl olacağına inandım.O an inamağa başladım həyatın daha da gözəl olduğuna.Həyata daha da bağlandım.Həmin an Sənə də bağlandım... ♥
Mənim qəlimdə bundan sonra sənə aid yer olacaq.Ancaq və ancaq Sən olacaqsan.Sənin gözlərin olacaq.Sənin əllərin olacaq.Sənin qəlbin olacaq... ♥
Artıq Sən olacaqsan hər zaman.Bu necədə gözəl bir hissdir.Sevdiyin birinin hər zaman yanında olması.Ürəyindən qopan fəryadın durması necədə gözəl bir hissdir... ♥
Artıq Sənin olduğunu anlamaq,Səni sevməyi,Sənə baxmağı,əlindən tutuşu.Bu bəs edər insana.Məncə insanı xoşbəxt etməyə kifayət edəcək bir andır... ♥
İNŞALLAH hər zaman xoşbəxt olarıq sevgilim.Hər zaman mənə aid olarsan ,mən də sənə.Hər zaman o gözlərinə baxmaq qismət olar mənə.Buna ürəkdən ♥ Dua ♥ edirəm.Və inanıramki hər zaman mənimlə olacaqsan... ♥